62aebcfe-3ee9-42c4-b13e-bff30d52ba1d..jpg

Türkiyəli nazir: “Ermənistanla sərhədlər Azərbaycanla münasibətləri normallaşdırmasından sonra açılacaq”

Baxış sayı: 940 dəfə baxılıb.

Türkiyəli nazir: “Ermənistanla sərhədlər Azərbaycanla münasibətləri
normallaşdırmasından sonra açılacaq”

“Azərbaycan qanunlarını da qorumaq lazımdır. Ermənistanla sərhədlər yalnız bu
ölkənin Azərbaycanla münasibətləri normallaşdırmasından sonra açılacaq”.

Bunu Türkiyənin ticarət naziri Mehmert Muş Qarsda keçirilən “2023 Türkiyə
əsrinə doğru” toplantısında çıxış edərkən bildirib.

O qeyd edib ki, sərhədlərin açılacağı təqdirdə infrastrukturu hazırlamaq çox
zaman tələb etmir.

“Bölgədə sabitlik yarananda bizim işimiz texniki infrastrukturu hazırlamaq
olacaq. Biz bu işi tez bir zamanda tamamlaya bilərik”, – deyə Muş vurğulayıb.

O bəyan edib ki, hazırda Türkiyə Xarici İşlər Nazirliyi Türkiyə – Ermənistan
sərhəd qapısının açılması ilə bağlı danışıqlar aparır.

Source link