24c5abfe-0f17-49f1-afc3-bef9bf3ac72d..jpg

Türkiyənin iki şəhərində zəlzələ

Baxış sayı: 680 dəfə baxılıb.

Türkiyənin iki şəhərində zəlzələ

Türkiyədə mərkəzləri Kahramanmaraş olan, 11 vilayətdə dağıntılarla nəticələnən
zəlzələdən sonra fəlakət bölgəsi elan edilən vilayətlərdə ardıcıl təkanlar
davam edir.

Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) yaydığı məlumata görə,
səhər saatlarında Hatayda və Kahramanmaraşda zəlzələ baş verib.

Belə ki, Hatayda 3,4 bal, Kahramanmaraşda isə 3,1 və 4,1 bal gücündə
zəlzələlər qeydə alınıb.

İlkin məlumata görə, ətraf vilayətlərdə də hiss edilən təkanlar hansısa
dağıntı ilə nəticələnməyib.

Mənbə: Habertürk

Source link