Türkmənistanda bikini və şort qadağan edildi

Türkmənistanda bikini və şort qadağan edildi

Baxış sayı: 2. 804 dəfə baxılıb.

Türkmənistanda qadın çimərlik geyimləri və şortun ölkəyə gətirilməsi və satışı qadağan edilib.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə Türkmənistan KİV məlumat yayıb.

“Çimərlik geyimləri və şortların gömrükdən keçirilməsi qadağan olunub.

Çimərlik mövsümünün yaxınlaşması ilə bu mallara tələbat artır. Lakin gömrükçülər qadağanın səbəbini izah etmirlər”, – satıcılar qeyd ediblər.

Kişi və qadın şortlarının da ölkəyə gətirilməsinə qadağa qoyulub.

Adının açıqlanmasını istəməyən gömrük əməkdaşı bildirib ki, türkmənistanlı qızların çimərlik geyimləri geyinməsinin qadağan edilməsi əxlaq normaları ilə bağlıdır.

www.ÇıxışYolu.Com