1ce60cc5-5a1e-4729-b955-81c0d94feef2..jpg

UEFA-da gizli danışıqlar: Çempionlar Liqasının finalı İstanbuldan alınır?

Baxış sayı: 998 dəfə baxılıb.

UEFA-da gizli danışıqlar: Çempionlar Liqasının finalı İstanbuldan alınır?

Çempionlar Liqasının final matçına ev sahibliyi Türkiyədən alına bilər.

UEFA Türkiyədə mayın 14-də keçiriləcək prezident seçkisindən sonra ölkədə
yarana biləcək qarışıqlıq səbəbindən alternativ variant axtarır. Avropa futbol
qurumu bu məqsədlə Portuqaliya Futbol Federasiyası ilə gizli danışıqlara
başlayıb. UEFA qarşılaşmanın Lissabonda təşkili variantını nəzərdən keçirir.

Çempionlar Liqasının finalı iyunun 10-da İstanbulun Atatürk Olimpiya
Stadionunda keçiriləcək.

Qeyd edək ki, ötən ay oxşar xəbərlər yayılsa da, sonradan təkzib olunub.

Mənbə: Daily Mail

Source link