e0dc5f73-9da7-4d48-a366-0362494ae1e3..jpg

Uelsli səyyah: “Qarabağın tezliklə öz doğma sakinlərinə qovuşacağına ümid edirəm”

Baxış sayı: 761 dəfə baxılıb.

Uelsli səyyah: “Qarabağın tezliklə öz doğma sakinlərinə qovuşacağına ümid
edirəm”

“Qarabağın tezliklə öz doğma sakinlərinə qovuşacağına ümid edirəm”.

Bu barədə Trend-in suallarını cavablayarkən Uelsli səyyah Amanda Deyvis deyib.

Onun sözlərinə görə, Qarabağda işğal dövründə törədilən dağıntıları görmək
təəssüfedici haldır.

“Qarabağda dağıntılarla yanaşı aparılan irimiqyaslı bərpa-quruculuq işlərinin
də şahidi oldum. Bir tərəfdə işğal dövründə törədilən dağıntılar, digər tərəfdə
isə Azərbaycanın öz torpaqlarını dirçəltməsini gördüm. Dağıntılara baxmayaraq,
Qarabağın təbiəti insanı valeh edir. Ümid edirəm ki, Qarabağ öz doğma
sakinlərinə tezliklə qovuşacaq”, – deyə o əlavə edib.

Qeyd edək ki, geniş tərkibdə beynəlxalq səyahətçilər qrupunun bu gün Laçın
şəhərinə səfəri başlayıb. 30 nəfərlik heyətə 12 ölkənin – ABŞ, Böyük Britaniya,
İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya,
Braziliya və Rusiyanın tanınmış səyyahları daxildir.

Bu səfər bir daha azad edilmiş ərazilərdəki dağıntılara, burada aparılan
quruculuq-bərpa, minatəmizləmə işlərinə beynəlxalq səyahətçilərin marağının
xeyli artdığını nümayiş etdirir. Belə ki, dünyanın əsas beynəlxalq səyahətçilər
şəbəkələrinin – ETIC, MTP, TCC, NomadMania və Türkiyə Gəzginlər Klubunun geniş
tərkibdə heyətlərinin ötən iki ildə 5 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri
gerçəkləşib. Səfərlərin biri 2021-ci ildə, dördü isə 2022-ci ildə olub.

Xatırladaq ki, səyahətçilərin ötən gün işğaldan azad edilmiş ərazilərə səfəri
başlayıb. Onlar dünən Füzuli-Xocavənd-Şuşa marşrutu üzrə hərəkət ediblər.

Source link