ccf1a9ed-49bb-4b0d-a5c7-f97f47736938..jpg

Ukrayna daha 130 müdafiəçini əsirlikdən geri qaytardı – FOTO

Baxış sayı: 745 dəfə baxılıb.

Ukrayna daha 130 müdafiəçini əsirlikdən geri qaytardı – FOTO

Ukraynada Pasxa bayramında növbəti əsir mübadiləsi həyata keçirilib. 130
müdafiəçi Rusiya əsirliyindən azad olunub.

Bu barədə Ukrayna prezidenti ofisinin rəhbəri Andrey Yermak “Telegram”da
məlumat verib.

Onun sözlərinə görə, hərbçilər, sərhədçilər, Milli Qvardiyaçılar, dənizçilər,
Dövlət Xüsusi Nəqliyyat Xidmətinin əməkdaşları vətənə qayıdıblar. Bunlar,
əsasən Baxmut, Soledar, Zaporojye, Xerson istiqamətlərində əsir düşən sıravi
əsgər və çavuşlardır.

Sərbəst buraxılan əsgərlər arasında 48-i itkin düşmüş sayılır. Xilas
edilənlərdən bəziləri yaralanıb və əlil olub.

Bildirilib ki, mübadilə son bir neçə gün ərzində mərhələli şəkildə baş tutub.

Source link