Ukraynalı hərbçi rusiyalı teleaparıcının üzünə tüpürdü

Ukraynalı hərbçi rusiyalı teleaparıcının üzünə tüpürdü

Baxış sayı: 9. 237 dəfə baxılıb.

İtaliyada Ukraynalı desantçı Valeriy Ananyev qalmaqallı rusiyalı teleaparıcı Artyom Şeyninə hücum edib.  

ÇıxışYolu.Com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə o, “Facebook” səhifəsində məlumat paylaşıb.

Ananyevin sözlərinə görə, o jurnalistlə, sonuncunun məzuniyyətdə olduğu Verona şəhərində rastlaşıb. Ukraynalı Şeyninin həyat yoldaşı ilə aptekə daxil olduğunu görüb.

“Mən apteka daxil oldum və onların arxasında durdum. Bir-birilə söhbətləşirdilər.Çox istəyirdim ki, rus dilində danışsınlar. Anladım ki, bu həqiqətən odur, ona görə artıq çıxıb gedə bilmədim” deyə Anayev bildirib.

Şeynin bayıra çıxdıqdan sonra, desantçı onu münaqişəyə sövq etməyə çalışıb, ünvanına açıq-aydın təhdidlər yağdırıb. Şeynin isə bunu soyuqqanlı şəkildə qarşılayıb. Daha sonra özündən çıxan ukraynalı hərbiçi teleaparıcının üzünə tüpürüb.

Bununla kifayətlənməyən desantçı onun yaxasından yapışaraq itələyib.

Hərbiçinin sözlərinə görə,  şəhərin ortasında dava etməmək üçün özünü ələ almağa çalışıb,  sonradan ərazidən gedib.

Qeyd edək ki, Artyom Şeynin məşhur rusiyalı jurnalist və teleaparıcıdır.  2016-cı ilin avqust ayından bəri Rusiyanın “Birinci” kanalında “Vremya pokajet” ictimai-siyasi tok şousunu aparır.

.
www.ÇıxışYolu.Com