Vətəndaşların NƏZƏRİNƏ: Azərbaycanın üç rayonunda qaz olmayacaq
Saatlı, İmişli və Sabirabadda qazın verilişi müəqqəti dayandırılacaq.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Azadkənd-İmişli” yüksək təzyiqli
magistral qaz kəmərində görüləcək təmir işləri ilə bağlı bu gün saat 07:00-dan
etibarən işlər başa çatanadək “İmişli Şəkər Zavodu 1-ci xətt və 2-ci xətt” ölçü
qovşağından, həmçinin saat 08:00-dan etibarən işlər başa çatanadək “İmişli”,
“Qaratəpə”, “Nərimankənd”, “Sabirabad”, “Saatlı”, “Otuzikilər”, “Qaracalar”,
“Axundov” QPS-lərdən və “Əlillər evi” QTM-dən qaz təchizatının dayandırılması
planlaşdırılır.
“Təmir işləri aparılan müddətdə İmişli və Saatlı rayonlarının tam olaraq,
Sabirabad rayonunun isə böyük hissəsinin qaz təchizatında müvəqqəti fasilə
yaranacaq”, – deyə məlumatda qeyd olunub.