18e0c732-1e39-428b-a43e-5e65a8170081..jpg

Vəzifəli şəxslərin cinayət işi məhkəməyə göndərilib

Baxış sayı: 742 dəfə baxılıb.

Vəzifəli şəxslərin cinayət işi məhkəməyə göndərilib

Vergi sahəsində korrupsiya əməlləri törətməkdə təqsirləndirilən vəzifəli
şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı
Ərazi Vergilər idarəsində yol verilən qanunsuzluqlarla bağlı Baş Prokuror
yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin
ibtidai istintaqı yekunlaşıb.

İstintaq zamanı qeyd olunan idarənin sabiq rəisi Zaur Adilovun Səyyar vergi
yoxlamaları şöbəsinin sabiq rəisi Əjdər Əliyevlə qabaqcadan əlbir olaraq Məhdud
Məsuliyyətli Cəmiyyətdə səyyar vergi yoxlaması keçirilməməsi, eləcə də xidmət
üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində rüşvət qismində tələb etdiyi
35 min manat məbləğində pul vəsaitinin 12 min manatını almasına əsaslı şübhələr
müəyyən edilib.

Həmin vəzifəli şəxslərə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən
sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 və 311.3.3-cü (qabaqcadan
əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma) maddələri ilə
ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri
seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə
göndərilib.

Source link