2ba463b6-84f8-4e97-93b2-e8b9b1fad083..jpg

Vaqif Cavadov “Sumqayıt”ın əvəzedici komandasına baş məşqçi təyin olundu

Baxış sayı: 744 dəfə baxılıb.

Vaqif Cavadov “Sumqayıt”ın əvəzedici komandasına baş məşqçi təyin olundu

“Sumqayıt”ın əvəzedici komandasına yeni baş məşqçi təyin olunub.

Klubdan verilən məlumata görə, bunadək “gənclik şəhəri” təmsilçisinin U-19
kollektivinə rəhbərlik edən Vaqif Cavadov “Sumqayıt-2”nin sükanı arxasına keçib.

34 yaşlı mütəxəssislə növbəti mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, 2016-cı ildə futbolçu kimi “Sumqayıt”ın heyətində 29 oyun
keçirib, 6 dəfə rəqib qapılarına yol tapmış Vaqif Cavadov U-19 komandasının baş
məşqçisi postunda 27 oyunda 14 qələbə, 4 heç-heçə və 9 məğlubiyyət əldə edib.

Source link