Vaşinqton: Moskvaya qarşı sanksiyalar seçkilərlə əlaqəli deyil

Vaşinqton: Moskvaya qarşı sanksiyalar seçkilərlə əlaqəli deyil

Baxış sayı: 5. 196 dəfə baxılıb.

ABŞ dövlət departamentinin rəsmi nümayəndəsi Hizer Nauert  Rusiyaya qarşı sanskiyaların genişləndirilməsinin Rusiyada keçiriləcək prezident seçkiləri ilə əlaqəli olmadığını bildirib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Bu sadəcə cəfəngiyyatdır. Sanksiyaların tətbiq olunaması uzun çəkən prosesdir, onlar üzərində uzun müddət araşdırma aparılır. Biz “pərdə arxasında” bu sanksiyalar üzərində çox “tər tökmüşük”deyə Nauert bildirib.

Sözçü bildirib ki, rusiyalı məmurlar bir çox ağılasığmaz gümanlar irəli sürür və sanksiyaların seçkilərlə bağlı olması haqqında deyilənlər belə gümanlardan biridir.

Bundan əvvəl Rusiyanın xarici işlər nazirinin müavini Serqey Ryabkov, Vaşinqtonun  qarşıda gələn Rusiya prezident seçkilərini nəzərə almaqla Moskvaya qarşı yeni sanksiyalar qəbul etdiyini bildirmişdi.

.
www.ÇıxışYolu.Com