Vaşinqtonda magistr təhsili alan azərbaycanlı gənc vəfat etdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
ABŞ-ın paytaxtı Vaşinqtonda magistr təhsili alan BMU-nun məzunu Nicat Hüseynov
keçirdiyi yol-nəqliyyat hadisəsindən sonra müalicə aldığı Corc Vaşinqton
Universitetinin hospitalında vəfat edib.
Cixisyolu.com-ın məlumatına görə, bu barədə “Azərbaycan Universitetləri” “Facebook”
səhifəsində paylaşım edib.
“Gələcəyimizin ən yaxşı mühəndislərindən birini itirdik. Nicat 92,85 ortalama
ilə BMU-nun kompüter mühəndisliyi ixtisasından məzun olub”, – deyə paylaşımda
bildirilib.