5a1da653-4551-45f6-95ba-4cff80350f5b..jpg

Velosiped üzrə Azərbaycan çempionatına start verilib

Baxış sayı: 442 dəfə baxılıb.

Velosiped üzrə Azərbaycan çempionatına start verilib

Bu gün Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped Federasiyasının birgə
təşkilatçılığı, Bakı Şəhər Gənclər və İdman İdarəsinin dəstəyi ilə velosiped
idmanının şose növündə çoxgünlük ötüşmələri üzrə Azərbaycan çempionatına start
verilib.

Yarışın birinci mərhələsində idmançılar Qubada yerləşən Alpan kəndi ərazisində
qrup ötüşməsində mübarizə aparıblar.

Ümumilikdə 40 velosipedçinin iştirak etdiyi yarışda 2005-2009-cu il təvəllüdlü
oğlanlar 30 km, 2010-2011-ci il təvəllüdlü oğlanlar isə 20 km məsafə qət
ediblər.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) mövcud qaydalarına əsasən təşkil
edilən yarışın birinci mərhələsinin nəticələrinə görə, 2005-2009-cu il
təvəllüdlü oğlanlar arasında Tural İsrafilov (ROEQİUGVM, 50:03) birinci, Nihad
Xudoyev (ROEQİUGVM, 56:21) ikinci, Tamerlan Musayev (ROEQİUGVM, 58:23) üçüncü
yeri tutublar.

2010-2011-ci il təvəllüdlü oğlanların mübarizəsində isə Nihat Xudiyev
(ROEQİUGVM, 39:25) qızıl, Cavid Baxşıyev (ROEQİUGVM, 41:17) gümüş, Ümid
İsmayılov (ROEQİUGVM, 41:25) bürünc medal qazanıblar.

Qeyd edək ki, idmançılar oktyabrın 6-da keçiriləcək ikinci mərhələdə yenidən
qrup ötüşməsi, oktyabrın 7-də baş tutacaq üçüncü mərhələdə isə fərdi ötüşmə
növündə güclərini sınayacaqlar.

Source link