Vüsalə və Azər arasında nə baş verir?

Vüsalə və Azər arasında nə baş verir?

Baxış sayı: 3. 182 dəfə baxılıb.

Bir neçə gün öncə aparıcı Azər Zahidin  keçmiş həyat yoldaşı Vüsalə Əlizadə ilə bağlı paylaşımı aparıcını özündən çıxarıb.

ÇıxışYolu.Com xəbər verir ki, eks-ərinə “Instagram”dan cavab verən Vüsalə bildirib ki, Azər bu paylaşımlarla özünü reklam edir:

“İnsanlar sevdikləri şeyləri məhv etməyə, məhv etdikləri şeyləri yenidən sevməyə meyillidirlər. Amma çox vaxt unudurlar ki, daldan atılan daş topuğa dəyər. 

Hər kəsə hörmətlə yanaşıram. Bu, hər zaman belə olub. Mənim kiməsə deyiləcək sözüm olanda onu şəxsən özünə çatdıracaq qədər cəsur qadınam. Saman altdan su yeridib, yersiz mesajlar göndərmək mənlik deyil.

Reklamlı şəkildə oyun oynamağı da şərəfimə sığışdırmıram. Xahiş edirəm, fikrimi beynimə belə yaxın buraxmadığım mövzulara yormayasınız”. 

Əlizadə yazdığı statusda ad çəkməsə də, paylaşımın Azərlə bağlı olduğu açıq-aşkar sezilib.

Qeyd edək ki, A. Zahid arxiv fotosunu paylaşaraq Vüsaləni işarələyib “Vüsalə Əlizadə, gör hansı şəkli tapmışam?” sözlərini yazmışdı.

.
www.ÇıxışYolu.Com