Xətai rayonunda avtomobillər toqquşub, yaralanan var
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakının Xətai rayonunda 27 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı ağır
xəsarət alıb.
“Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1996-cı il
təvəllüdlü Ceyhun Əliyev Bayram oğlu müxtəlif dərəcəli xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.