8b8ec869-a8e2-47f7-8fc0-f08289825f63..jpg

Xaçmazda restoranda qadına kəsici alətlə xəsarət yetirilib

Baxış sayı: 499 dəfə baxılıb.

Xaçmazda restoranda qadına kəsici alətlə xəsarət yetirilib

Avqustun 24-də axşam saatlarında Xaçmaz rayonunda restoranların birində
2003-cü il təvəllüdlü Z.Bəşirovaya kəsici alətlə çoxsaylı xəsarət yetirilməsi
barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, cinayət
əməlini törətməkdə şübhəli bilinən, qadının tanışı 1996-ci il təvəllüdlü
Muxtarov Sakit Muxtar oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Source link