2bdcf991-2e58-4816-b33e-c941bd09e6ee..jpg

Xalidə Kəngərlinin ailəsi onun ərindən şikayətçidir – VİDEO

Baxış sayı: 770 dəfə baxılıb.

Xalidə Kəngərlinin ailəsi onun ərindən şikayətçidir – VİDEO

Tanınmış ginekoloq-həkim Xalidə Kəngərlinin ölümü ilə bağlı yeni detallar
məlum olub.

Həkimin qardaşı Elçin Vəliyevin məlumatına görə, hadisənin baş verdiyi gün –
2022-ci il iyunun 27-də səhər saat 05:54-də Xalidə Kəngərli qohumuna “WhatsApp”
vasitəsilə 4 mesaj yazaraq sonradan silib. Səhər 09:18-də Xalidə Kəngərliyə
silmiş olduğu SMS-lər barədə sual edən qohumuna cavabında o artıq
bacarmadığını, yoldaşının yenə içdiyini, ona səhərə qədər işgəncə verərək
ləyaqətini alçaltdığını deyib. Dəfələrlə başına vurulan zərbələrdən sağlamlıq
halının pisləşdiyindən gileylənib.

Bundan əlavə yazıb ki, əri onu öldürəcək, uşaqlar yatıb, artıq geri dönüş
yoxdur. Xalidə Kəngərli qohumuna yazdığı mesajda yoldaşının çox bic olduğunu
deyib. Əlavə edib ki, gecə halı pis olub, ürəyi sıxılmağa başladığı an əri onun
başının üstündə durub danışıb. Daha sonra yoldaşının içdiyini və yatdığını
görüb, lakin Rüfət Kəngərlinin sonradan onu oyadaraq işgəncələr verdiyini
bildirib.

Bundan əlavə, həkimin qardaşı Elçin Vəliyevin sözlərinə görə, cinayət işinin
materiallarında Xalidə Kəngərlini onun ərinin özünü öldürmə həddinə çatdırması
halını təsdiq edən çoxsaylı sübutlar var. Buna baxmayaraq, hazırkı ana qədər
Rüfət Kəngərli qeyri-müəyyən səbəblərdən məsuliyyətə cəlb olunmayıb.

Vəkil Hikmət Əliyev isə Xalidə Kəngərlinin ölməsi faktına görə başlanan
cinayət işinin hansı mərhələdə olması barədə məlumat verib.

Vəkilin sözlərinə görə, məşhur ginekoloqun iyunun 27-də saat 17:50-də yaşadığı
mənzilin eyvanından özünü ataraq ölməsi faktına görə Cinayət Məcəlləsinin özünü
öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb. Kifayət qədər
sübutlar olsa da, bu günə qədər təqsirli şəxs və ya şəxslər məsuliyyətə cəlb
olunmayıblar.

H.Əliyev bildirib ki, ekspert əsassız rəy verdiyi üçün təkrar ekspertiza təyin
edilib.


Source link