fb98b68b-4de5-4006-81aa-5d65a8744ce6..jpg

Xalq artisti Aftandil İsrafilovla vida mərasimi keçirilir – FOTO

Baxış sayı: 716 dəfə baxılıb.

Xalq artisti Aftandil İsrafilovla vida mərasimi keçirilir – FOTO

Tanınmış qarmon ifaçısı, Xalq artisti, “Şöhrət” ordenli Aftandil İsrafilovla
vida mərasimi keçirilir.

Cixisyolu.com xəbər verir ki, Heydər Məscidində keçirilən vida mərasimində Mədəniyyət
Nazirliyinin nümayəndələri, xalq artistinin ailə üzvləri, yaxınları, sənət
dostları və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Daha sonra mərhum dəfn olunmaq üçün İkinci Fəxri Xiyabana aparılacaq.

Qeyd edək ki, A.İsrafilov 1941-ci il yanvarın 24-də Bakı şəhərində anadan
olub. İfaçılıq sahəsində öz dəsti-xətti olan sənətkar yaratdığı musiqi
parçaları ilə milyonların qəlbini fəth edib.

Photostock.az-ın əməkdaşı dəfn mərasimindən görüntüləri qeydə alıb:

Daha çox şəkil üçün: Photostock.az

Nəzrin Vahid

Source link