50916491-435a-4277-a8f9-aee135b57534..jpg

Xalq artisti Ramiz Məlikin səhhəti ilə bağlı RƏSMİ AÇIQLAMA

Baxış sayı: 714 dəfə baxılıb.

Xalq artisti Ramiz Məlikin səhhəti ilə bağlı RƏSMİ AÇIQLAMA

Son günlər bəzi saytlarda Xalq artisti Ramiz Məlikin səhhətinin ağır
vəziyyətdə olması və aktyorun bu durumuna Mədəniyyət Nazirliyinin biganə
qalması ilə bağlı məlumatlar yayılıb.

Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Xalq artisti Ramiz Məlik uzun müddətdir ağır xəstəlikdən
əziyyət çəkir:

“Son günlər ailəsinin qərarı ilə aktyorun müalicəsi özəl klinikaların birində
davam etdirilib. Xəstəxanada nazirliyin səlahiyyətli nümayəndələri aktyoru
ziyarət edib və həkimlərlə Ramiz Məlikin sağlamlıq durumu haqqında danışıblar.
Xəstənin yaxınları ilə Mədəniyyət Nazirliyinin səlahiyyətli əməkdaşları
mütəmadi ünsiyyətdə olublar. Son günlər Ramiz Məlik evə buraxılıb və müalicəsi
davam edir”.

Vurğulanıb ki, Mədəniyyət Nazirliyi incəsənət xadimləri, mədəniyyət sahəsində
xidmətləri olan sənətçilərin rifahının yaxşılaşdırılması, problemlərinin həll
olunması istiqamətində daim işlər aparır və müvafiq dəstək göstərir:

“Sadəcə humanizm və etik prinsiplərə əsaslanaraq görülən bu işlər
ictimailəşdirilmir”.

Source link