00b76e8c-5206-48a4-844f-f3ab7d6340a7..jpg

Xalq artistindən həmkarına irad – “Hər kəs öz tərbiyəsini göstərir”

Baxış sayı: 857 dəfə baxılıb.

Xalq artistindən həmkarına irad – “Hər kəs öz tərbiyəsini göstərir”

Zəngin teatr ənənələri olan və zaman-zaman Azərbaycan teatr sənətinin flaqmanı
sayılan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı haqqında son vaxtlar
müxtəlif fikirlər səsləndirilir, iradlar bildirilir. Ən pisi də odur ki, irad
bildirənlərin bir çoxu teatrın öz əməkdaşlarıdır.

Məsələn, teatrın aktyoru, Əməkdar artist Füzuli Hüseynovun iki gün öncə sosial
şəbəkə hesabında yazdığı son status buna nümunə ola bilər.

O, şəxsi hesabında – “bəzi çaqqal səsləri gəlir “dram”dan… Çaqqalın işi
ulamaqdır… Unutmayın!”, – deyə paylaşım edib.

Onun bu sözləri, təbii ki, birmənalı qarşılanmayıb. Bəzi sənət dostları
Əməkdar artistə öz iradlarını bildiriblər.

Məsələ ilə bağlı ilkin olaraq teatrın aktyoru, Xalq artisti Nurəddin
Mehdixanlı ilə əlaqə saxladıq. Xalq artistinin Bizim.media-ya cavabı qısa olub:

“Qardaş, hər kəs öz tərbiyəsini göstərir də. Mən nə deyim… Bu barədə çox
danışmaq istəmirəm”.

Teatrın mətbuat katibi Cavid Zeynallı da Füzuli Hüseynovun fikirlərini şərh
eləmək istəməyib:

“Mən bilmirəm Füzuli müəllim nəyi nəzərdə tutaraq belə deyib”.

Mətbuat katibi onu da bildirib ki, Azərpaşa Nemətovun ölümündən sonra hələlik
teatra yeni rəhbər təyin olunmayıb:

“Hələlik direktoru heç kim əvəz eləmir. Təyinatla bağlı heç bir yenilik də
yoxdur. Amma teatrın işi davam edir. Repertuara əsasən, tamaşalar hazırlanır,
təqdim edilir. Son tamaşamız da bazar günü olub”.

Source link