Xarici banklar bir ayda bir milyard manat kredit verib

Xarici banklar bir ayda bir milyard manat kredit verib

Baxış sayı: 3. 068 dəfə baxılıb.

Bu ilin yanvar ayında kredit qoyuluşlarının həcmi 11 milyard 656.1 milyon manat olub.  

ÇıxışYolu.Com xəbər verir ki, kredit qoyuluşu ötən ilin dekabr ayı ilə müqayisədə azalıb.

Belə ki, ötən ilin sonunda ölkə iqtisadiyyatına 11 milyard 757.8 milyon manat kredit qoyuluşu olub. 

Kreditlərin 16% – 1 milyard 861.9 milyon manatı dövlət bankları tərəfindən iqtisadiyyata yönəldilib.

Özəl banklar tərəfindən isə iqtisadiyyata 9 milyard 380.3 milyon manat kredit qoyulub. Bu da ümumi kredit qoyuluşlarının 80%-i deməkdir. 

Qeyd edək ki, xarici kapitallı bankların kredit qoyluşunda payı 9% olub. Bu banklar iqtisadiyyata 1 milyard 46.1 milyon manat yönəldiblər.  

.
www.ÇıxışYolu.Com