XİN: Samur çayının hər iki sahilində ilk demarkasiya sərhəd nişanı quraşdırılıb

XİN: Samur çayının hər iki sahilində ilk demarkasiya sərhəd nişanı quraşdırılıb

Baxış sayı: 7. 826 dəfə baxılıb.

Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın beşinci iclasının yekunları haqqında məlumat yayıb.  

Nazirlikdən ÇıxışYolu.Com-a verilən məlumata görə, fevralın 21-22 Bakıda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 5-ci iclası keçirilib.

Bildirilib ki, iclas çərçivəsində Azərbaycan-Rusiya dövlət sərhədində Samur çayının hər iki sahilində ilk demarkasiya sərhəd nişanı quraşdırılıb. Həmçinin demarkasiya prosesinin davam etdirilməsi ilə əlaqədar digər məsələlər də müzakirə edilib: 

“Görüş mehriban qonşuluq və konstruktiv dialoq ruhunda baş tutub”.

Birgə Komissiyanın növbəti iclasının Rusiya ərazisində keçirilməsi nəzərdə tutulub. İclasın keçirilmə tarixləri diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.

www.ÇıxışYolu.Com