ef4a00a9-2b45-4e61-b5a0-f2c4df6d7ad1..jpg

Xocalıda traktorun minaya düşməsi nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 481 dəfə baxılıb.

Xocalıda traktorun minaya düşməsi nəticəsində xəsarət alan şəxsin vəziyyəti
açıqlanıb – YENİLƏNİB + FOTO/VİDEO

Avqustun 24-ü Xocalı rayonunun işğaldan azad edilmiş Sığnaq kəndi ərazisində
təsərrüfat işləri aparan zaman traktorun tank əleyhinə minaya düşməsi
nəticəsində xəsarət alan 1987-ci il təvəllüdlü Əfqan Ələkbərlinin vəziyyəti
açıqlanıb.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Əfqan Ələkbərli yüngül
xəsarətlərlə TƏBİB-in tabeliyindəki Şuşa Modul Tipli Xəstəxanaya
hospitalizasiya olunub.

Qeyd edilib ki, zəruri tibbi yardım göstərilib: “Vəziyyəti qənaətbəxşdir.
Ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub”.

13:25

Xocalı rayonunun işğaldan azad edilmiş ərazisində traktorun minaya düşməsi
zamanı bir nəfər xəsarət alıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, avqustun 24-də Xocalı rayonunun işğaldan azad edilmiş Sığnaq
kəndi ərazisində təsərrüfat işləri aparan zaman traktorun tank əleyhinə minaya
düşməsi nəticəsində 1987-ci il təvəllüdlü Əfqan Ələkbərlinin xəsarət alması
barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib digər zəruri
istintaq hərəkətləri aparılıb.

Hazırda faktla bağlı Xocalı Rayon Prokurorluğunda araşdırma aparılır.

12:18

Xocalıda traktor minaya düşüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 24-də saat 11:30 radələrində Xocalı rayonunun
Mədətkənd kəndi ərazisində təsərrüfat işləri aparılan zaman bir ədəd traktorun
tank əleyhinə minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub.

Partlayış nəticəsində xəsarət alan yoxdur.

Faktla bağlı araşdırma aparılır.


Source link