Xoşqədəm Doğuşla bağlı iddiaların səsləndiyi verilişi məhkəməyə verdi – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Aparıcı Xoşqədəm Baxşəliyeva müğənni həyat yoldaşı Doğuşun evli olduğunu iddia
edən qadının verilişə çıxarılmasına görə “Didem Arslan Yılmazla Vazgeçmə”
verilişini məhkəməyə verib.
Bu barədə o, “Səni axtarıram” verilişində deyib.
“Mən uşaqlar üçün mücadilə aparmışam. Hər zaman uşaqları qorumuşam. Ona görə
də, mən övladlarımı qorumaq məcburiyyətində idim. Bununla artıq vəkilim məşğul
olacaq”, – deyə Xoşqədəm Baxşəliyeva bildirib.
Xatırladaq ki, “Show TV” ekranlarında yayımlanan “Didem Arslan Yılmazla
Vazgeçmə” verilişində Esra Şömelek adlı qadın müğənni Doğuşla dini nikah
bağladığını bildirib.
Onun sözlərinə görə, Doğuş həyat yoldaşından boşanacağını vəd edib.
X.Hidayətqızı isə boşanmaq üçün Doğuşdan bir milyon dollar istəyib.