e02fbf69-9f8e-4045-a901-dad1e66f2590.jpg

Yaponiyada beş gün əvvəl işə salınan AES bağlandı

Baxış sayı: 197 dəfə baxılıb.

Yaponiyanın “Tohoku Electric Power” şirkəti oktyabrın 29-da Miyagi
prefekturasında işə salınan “Onaqava” atom elektrik stansiyasının ikinci enerji
blokunu bağlamaq qərarına gəlib.

Cixisyolu.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Noyabrın 3-də stansiyada elektrik enerjisinin istehsalına başlanılması nəzərdə
tutulsa da, avadanlıqlarda problem yarandığından prosesə start verilməyib.
Nəticədə zavodun operatoru reaktoru bağlamaq qərarına gəlib.

Qeyd edək ki, “Onaqava”nın ikinci reaktoru, Yaponiyada işlək vəziyyətdə 13-cü
AES reaktoru olub.

Source link