a2eb5b1b-f3ac-4df0-99a0-97933812f565..jpg

Yardımlıda qohumlardan 21 kq narkotik götürüldü – FOTO

Baxış sayı: 1. 078 dəfə baxılıb.

Yardımlıda qohumlardan 21 kq narkotik götürüldü – FOTO

Yardımlıda narkokuryerlik edən qohumlardan 21 kiloqram narkotik vasitə
aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə,
Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı
əsasında keçirdikləri tədbirlərlə rayon sakini Eldar Bədəlov saxlanılıb.

Ona məxsus 2 ədəd sintetik torbadan ümumilikdə 14 kiloqramdan artıq marixuana,
5 kiloqrama yaxın tiryək və 2 kiloqram heroin və 112 ədəd güclü təsiredici
xassəyə malik həblər aşkarlanaraq götürülüb.

Araşdırmalarla həmin narkotik vasitənin İran vətəndaşı olan narkotacir
vasitəsilə əldə edildiyi və satışının təşkil olunması üçün E.Bədəlov vasitəsilə
Bakı şəhərinə çatdırılmalı olduğu müəyyən edilib. Keçirilən təxirəsalınmaz
əməliyyat tədbirləri ilə onun narkotik vasitəni çatdırmalı olduğu şəxsin qohumu
Emilxan Səmədov olduğu müəyyən edilib və sonuncu da polis əməkdaşları
tərəfindən saxlanılıb.

Faktla bağlı Yardımlı RPŞ-də araşdırma aparılır.

Source link