aa8c102f-c34b-426c-b61b-8aded04a67d7..jpg

YAŞAT Fonduna ayrılan 5 milyon manatın hara xərclənəcəyi açıqlanıb

Baxış sayı: 838 dəfə baxılıb.

YAŞAT Fonduna ayrılan 5 milyon manatın hara xərclənəcəyi açıqlanıb

“Prezident İlham Əliyevin aprelin 19-da imzaladığı sərəncamla YAŞAT Fonduna
ayrılan 5 milyon manat Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi
ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların və şəhid olmuş
şəxslərin ailə üzvlərinin və dövlət orqanlarının (qurumlarının) işğaldan azad
edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi
əməliyyatlar bitdikdən sonra onların nəticələrinin aradan qaldırılmasında
iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş əməkdaşlarının və ya həlak
olmuş əməkdaşların ailə üzvlərinin yalnız müalicə və psixoloji dəstək
xərclərinin ödənilməsi üçün sərf olunacaq”.

“Report” xəbər verir ki, bunu YAŞAT Fondunun rəhbəri, Qarabağ qazisi Elvin
Hüseynov bildirib.

Qeyd edək ki, 19 aprel 2023-cü il tarixindən Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının ərazi
bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin
təminatına dəstək fonduna (YAŞAT Fondu) maliyyə dəstəyi haqqında Sərəncam
imzalanıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə
əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların və şəhid olmuş şəxslərin
ailə üzvlərinin və dövlət orqanlarının (qurumlarının) işğaldan azad edilmiş
ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar
bitdikdən sonra onların nəticələrinin aradan qaldırılmasında iştirak etməsi
nəticəsində əlilliyi müəyyən olunmuş əməkdaşlarının və ya həlak olmuş
əməkdaşların ailə üzvlərinin müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi
üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş
Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan YAŞAT Fonduna 5,0
milyon manat vəsait ayrılıb.

Bu günədək fondun hesabına 77 604 685,53 manat vəsait mədaxil olub. Fondun
fəaliyyət istiqamətləri üzrə 76 013 055,13 manat məbləğində vəsait xərclənib.

Source link