4a34f6c1-cb72-4f5e-93ca-3e37f3f931f2..jpg

Yaxınlaşan sülh və Ermənistanın təxribatları – terror dövləti xislətindən əl çəkmir – FOTO

Baxış sayı: 833 dəfə baxılıb.

Yaxınlaşan sülh və Ermənistanın təxribatları – terror dövləti xislətindən əl
çəkmir – FOTO

“Ermənistanın və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan
ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin son günlər
törətdikləri təxribatlar onu deməyə əsas verir ki, rəsmi İrəvan sülh
müqaviləsinin imzalanmasından boyun qaçırır”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun fikrincə, Azərbaycan və Ermənistan rəsmilərinin bir müddət əvvəlki
açıqlamaları sülh müqaviləsinin imzalanması üçün çox yaxşı imkan və şəraitin
yarandığını göstərirdi. Deputat vurğulayıb ki, İrəvanın destruktiv mövqeyi
vəziyyəti kökündən dəyişib: “Heç vaxt verdiyi sözü və üzərinə götürdüyü
öhdəlikləri yerinə yetirməyən Ermənistan rəhbərliyi bu dəfə də danışıqları
pozdu”.

V.İskəndərov söyləyib ki, Ermənistanın ritorikanı sərtləşdirməsi, eskalasiyaya
can atması, martın əvvəlində qanunsuz hərbi daşınmalar həyata keçirən erməni
silahlıları ilə atışma, Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə
qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina,
eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının intensivləşməsi onu
göstərir ki, bu terror dövləti heç vaxt xislətindən əl çəkən deyil.

Milli Məclisin üzvü hesab edir ki, İrəvan bilərəkdən belə təxribatlara əl
atmaqla sülh prosesini pozmağa cəhd göstərir: “Çünki döyüş meydanında məğlub
olan və kapitulyasiya aktına imza atan Ermənistan rəhbərliyi bu alçaldıcı
məğlubiyyətlə barışmaq istəmir. Martın əvvəlində baş verən lokal toqquşmalar,
daha sonra Zəngilanda hərbçimizin yaralanması, alternativ yollarla Azərbaycanın
Qarabağ bölgəsinə hərbi sursat və canlı qüvvənin daşınmasının davam etdirilməsi
kimi məsələlər artıq Azərbaycan üçün başqa çıxış yolu qoymur. Biz ordumuzun
gücünə tam arxayınıq və Ali Baş Komandanİlham Əliyevin rəhbərliyi altında
ordumuzun gücü ilə məqsədlərimizə çatacağımıza şübhəmiz yoxdur. Sadəcə olaraq
Azərbaycan tərəfi sülh müqaviləsinin imzalanmasında maraqlı idi. Ancaq son
hadisələr, Rusiya sülhməramlılarının fəaliyyətsizliyi bizə güc yolu ilə
məsələnin həllinə nail olacağımızı göstərir. Odur ki, artıq xəbərdarlıqların
vaxtı bitib. Bu gedişlə son sözü ordumuz deməli olacaq”.

Qeyd edək ki, martın 24-də Azərbaycan Müdafiə Nazirliyi növbəti dəfə
Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşımaları icra edən
kolonun hərəkət etdiyinə dair məlumat yayıb.

Bildirilib ki, Rusiya sülhməramlı kontingentinə məxsus 1 ədəd “ZTR-82A” döyüş
maşını, ermənilərə məxsus 3 ədəd tentli “KamAZ” və üzərində yanacaq çəni olan 1
ədəd “KamAZ” avtomobilinin hərəkəti texniki müşahidə vasitələrimiz tərəfindən
qeydə alınıb.

Həmin gün qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinə hərbi
daşımaların həyata keçirilməsi məqsədilə mühəndis və xüsusi texnikanın cəlb
edilməsilə Xankəndi-Xəlfəli-Turşsu yolundan şimalda keçən yeni
Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolunun çəkilməsi müəyyən edilib.

Martın 25-də Azərbaycan Müdafiə Nazirliyi Ermənistandan Rusiya sülhməramlı
kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni
silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi
təyinatlı vasitələrin daşınması intensivləşdiyi barədə informasiya yayıb. Bu
daşımalar, xüsusilə gecə vaxtı və dumanlı hava şəraitindən istifadə etməklə
həyata keçirilir.

Bildirilib ki, qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən bəzi dağlıq və
torpaq ərazilərdən keçməklə bir neçə marşrut üzrə yeni yolların çəkilməsi,
həmçinin köhnə cığırların genişləndirilməsi üzrə işlər həyata keçirilir. Bu
məqsədlə, hərbi, mühəndis və xüsusi texnikadan, habelə işçi qüvvəsi kimi
müqaviləli əsasda hərbi xidmətə cəlb olunmuş şəxslər və yerli sakinlərdən
istifadə olunur.

Yaranmış vəziyyət nəzərə alınaraq Laçın yolunun şimalındakı torpaq yollarından
qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən
silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların
törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri
tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib.

Martın 25-i günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi
Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri Füzuli
rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində kənd təsərrüfatı
işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar
aparmağa cəhd göstərib. Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz
tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Source link