ec927fd9-6387-4820-ad6d-5c8d5d740e77..jpg

Yeddi yaşlı qıza zorakılıq edən şəxsə hökm oxundu

Baxış sayı: 639 dəfə baxılıb.

Yeddi yaşlı qıza zorakılıq edən şəxsə hökm oxundu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

7 yaşlı Nəzrin Bədirxanovaya (şərti) qarşı seksual xarakterli hərəkətlər
etməkdə ittiham olunan 21 yaşlı Gülağa Bayramovun (şərti) cinayət işi üzrə
məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, ittihama əsasən, Gülağa Bayramov uşağın ailəsinin
daha əvvəldən tanıdığı şəxs olub. Belə ki, ailə etibar edərək evin açarının bir
surətini ona əmanət edib, həmin şəxs isə ailə üzvləri işdə olan vaxt evə
gələrək bu əməli törədib.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, G.Bayramov verilmiş ittihamla təqsirli bilinərək 18 il müddətinə
azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual
xarakterli zorakılıq əməlləri – 14 yaşına çatmayan şəxsə qarşı) maddəsi ilə
ittiham olunub.

Source link