7887e633-bd70-42c3-8fd0-1e0d968d5b10..jpg

Yeni dünya reytinqi: “Qarabağ” və “Neftçi” gerilədi

Baxış sayı: 818 dəfə baxılıb.

Yeni dünya reytinqi: “Qarabağ” və “Neftçi” gerilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni
dünya reytinqini açıqlayıb.

Qurumun rəsmi saytının yaydığı məlumata görə, 300 komandanın olduğu siyahıda
Azərbaycan təmsilçilərindən “Qarabağ” və “Neftçi” yer alıb.

Ağdam klubu ötən ayla müqayisədə üç pillə geriləyib. Ölkə çempionu 138,5 xalla
74-cüdür.

67 xala malik “Neftçi” dörd addım geriləyərək 291-ci pilləyə düşüb.

Siyahıya 315 xalla İspaniya “Real Madrid”i liderlik edir. İngiltərənin
“Mançester Siti” klubu 311 xalla ikincidir. İlk “üçlüy”ü 296 xalla Braziliya
təmsilçisi “Flamenqo” qapayır.

Source link