9e9b7fb3-2145-4922-a71f-e1a4db3c536a..jpg

Yeni təsis edilən sərhəd-buraxılış məntəqəsi fasiləsiz elektrik enerjisi ilə təmin olunub – VİDEO

Baxış sayı: 571 dəfə baxılıb.

Yeni təsis edilən sərhəd-buraxılış məntəqəsi fasiləsiz elektrik enerjisi ilə
təmin olunub – VİDEO

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən
ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun
başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsi Azərişıq ASC tərəfindən
elektrik enerjisi ilə təmin olunub.

Bu barədə “Azərişıq” ASC-dən bildirilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq
işğaldan azad olunmuş ərazilərdə strateji əhəmiyyətli obyektlər, hərbi hissələr
və sərhəd zastavaları fasiləsiz elektrik enerjisi ilə təchiz edilib.

Source link