781903f8-7b82-48fd-8471-96407a9491be..jpg

Yeniyetmə cüdoçularımız Teplis Avropa Kuboku turnirində komanda hesabında birinci yeri tutublar – FOTO

Baxış sayı: 654 dəfə baxılıb.

Yeniyetmə cüdoçularımız Teplis Avropa Kuboku turnirində komanda hesabında
birinci yeri tutublar – FOTO

Çexiyanın Teplis şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kuboku
turnirində Azərbaycan cüdoçuları 6 qızıl, 1 gümüş və 4 bürünc medal əldə edib.

Cüdo Federasiyasındın Cixisyolu.com-a verilən məlumata görə, Azərbaycan yığması
yarışda medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri tutub.

İdmançılar turnirin ilk günündə 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb.

Turnirin ikinci günündə isə oğlanların yarışında 73 kq çəkidə Süleyman
Şükürov, 81 kq çəkidə Aslan Kotsoyev və +90 kq çəkidə Ramazan Əhmədov bütün
rəqiblərini məğlub edərək komandanın aktivinə 3 qızıl medal yazdırıblar. 81 kq
çəkidə Hüseyn Eyvazlı bürünc medala sahib olub.

73 kq çəkidə yarışan cüdoçular Allahverdi Səmədov 5-ci, Mehdi Abbasov 7-ci
yerdə qərarlaşıb. 90 kq çəkidə mübarizə aparan Tuncay Şamil yarışı 7-ci yerdə
tamamlayıb.

Source link