c9533904-d7e2-4174-b4fe-2e98516c0eec.webp

Yoav Qalant vəzifədən uzaqlaşdırılandan sonra ilk açıqlama ilə çıxış edib

Baxış sayı: 357 dəfə baxılıb.

İsrailin sabiq müdafiə naziri Yoav Qalant vəzifədən azad ediləndən sonra ilk
dəfə açıqlama verib.

Cixisyolu.com bu barədə TASS agentliyinə istinadən xəbər verib.

Y.Qalantın bildirib ki, onun vəzifədən uzaqlaşdırılması Qəzza zolağında
saxlanılan girovların azad edilməsi ilə bağlı hökumət daxilində yaranan fikir
ayrılığı olub.

Onun sözlərinə görə, girovların azad edilməsi mümkündür, amma bunun üçün
İsrail tərəfi “ağrılı güzəştlər”ə getməlidir.

İsrailin sabiq müdafiə naziri əlavə edib ki, 7 oktyabr 2023-cü il HƏMAS-ın
hücumu ilə bağlı hərtərəfli araşdırmalar aparılmalı və baş verənlərdən nəticə
çıxarılmalıdır.

Qeyd edək ki, ötən gün İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müdafiə
naziri Yoav Qalantı vəzifəsindən azad edib.

Source link