Yonker: ATƏT seçki polisi deyil

Yonker: ATƏT seçki polisi deyil

Baxış sayı: 6. 552 dəfə baxılıb.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) fevralın sonunda Azərbaycana səfər edən ehtiyacların qiymətləndirilməsi missiyasının hesabatından sonra seçkiləri müşahidə etmək barədə qərar verib. Biz şadıq ki, Azərbaycandan müşahidə ilə bağlı dəvəti vaxtında almışıq.

ÇıxışYolu.Com-ın məlumatına görə, bu sözləri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda prezident seçkilərini izləyəcək müşahidə missiyasının rəhbəri, xanım Koryen Yonker Bakıda keçirdiyi mətbuat konfransında deyib.

K. Yonkerin sözlərinə görə, bu, onlara seçkidən əvvəlki prosedurları da izləmək imkanı verir.

“ATƏT-in müşahidəçilər qrupunun Azərbaycanda olmasının əsas səbəbi seçkilərə müdaxilə etmək yox, prezident seçkilərinin obyektiv qiymətləndirilməsidir”, – deyən Yonker qeyd edib ki, müşahidə komissiyasının meyarları arasına seçki prosesinin hüquq normaları ilə uyğunluğu, eləcə də, mətbuat orqanlarında siyasət daxil olacaq.

Əsas müşahidə komissiyası 11 ekspertdən ibarət olacaq.

K.Yonkerin dediyinə görə, seçkilərdən sonra səsvermədən sonrakı günlərdə müvafiq prosesləri izləyən qrup ölkədə qalacaq:

“Biz Azərbaycan hökuməti ilə səmərəli əməkdaşlığın şahidi olduq və ümid edirik ki, bu əməkdaşlıq gələcəkdə də davam edəcək. Ümumiyyətlə, biz seçki polisi deyilik, seçkilərin nəticəsi ilə maraqlanmırıq”.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com