“YouTube” silah videolarına senzura qoyur

“YouTube” silah videolarına senzura qoyur

Baxış sayı: 3. 077 dəfə baxılıb.

“Youtube” videoportalı odlu silahlarla bağlı videolara əlavə məhdudiyyətlər qoyacaq.

ÇıxışYolu.Com xəbər verir ki, “Google”a məxsus olan “YouTube”un tətbiq edəcəyi məhdudiyyət çərçivəsində odlu silahlar, səsboğucuların düzəldilməsi və montajı barədə məlumatların yer aldığı videolara əngəl yaradılacaq.

Videoportalın silah satışı reklamları da yasaqladığı bildirilir.

“YouTube” odlu silahlarla bağlı məhdudiyyətlərə ötən ildən başlayıb.

ABŞ-da hər il baş verən onlarla silahlı hücumu, buna görə şikayətləri nəzərə alan portal odlu silah reklamlarını öz kateqoriyaları siyahısından çıxarıb.

www.ÇıxışYolu.Com