ed47bcdf-9049-42e5-8366-26d9ec1ea513..jpg

Yumruq, cırmaq, söyüş: Abşeronda qadın müstəntiqlərə xəsarət yetirdi

Baxış sayı: 1. 137 dəfə baxılıb.

Yumruq, cırmaq, söyüş: Abşeronda qadın müstəntiqlərə xəsarət yetirdi

Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Təyyarə İslamovanın
cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az xəbər verir ki, hakim Şövkət Nəcəfovanın sədrliyi ilə keçirilən
prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 2 il 5 ay 28 gün müddətinə azadlığın
məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum olunub. Təyyarə
İslamovanın barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri
hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılıb.

İttihama görə, hadisə 16 fevral 2022-ci il tarixdə, saat 19 radələrində
Abşeron Rayon Polis İdarəsinin İstintaq şöbəsində, xidməti iş otağında qeydə
alınıb.

Belə ki, Təyyarə İslamova idarənin otağına gələrək özünün xəsarət alması ilə
bağlı istintaqı aparılan cinayət işinə müstəntiq Sakit Quliyevin (şərti) düzgün
baxmadığını bəhanə edib. Qadın otaqda müstəntiq və qeyrilərinin ünvanına uca
səslə söyüş söyüb, otaqda olan stulları aşırıb. Bu zaman səs-küyə həmin otağa
müstəntiq, zərərçəkmiş Vüqar Əliyev (soyadı şərti) gəlib, onu nizam-intizama
dəvət edib. Lakin Təyyarə qəsdən Vüqar Əliyevin sifətinə yumruq vurub. Nəticədə
o, müstəntiqin burun nahiyəsinin qançırı, üst dodağın selikli qişasının səthi
əzilmiş yarası ilə müşayiət olunan, sağlamlığa zərər vurmayan xəsarət yetirib.

Cinayət materiallarında qeyd edilib ki, həmin vaxt qadının qərəzli
hərəkətlərinin qarşısını almağa çalışan digər müstəntiq, zərərçəkmiş Həsən
Bilalov (şərti) da otağa gəlib. O, həmin şəxsə də müqavimət göstərib zor tətbiq
edərək, dırnaqları ilə müstəntiqin boyun nahiyəsini cırmaqlayıb. Nəticədə
Təyyarə İslamova Həsən Bilalova boyun nahiyəsinin sıyrıqlarından ibarət
sağlamlığa zərər vurmayan xəsarət yetirib. Həmçinin müstəntiqin əynindəki
uniformanın düymələrini qoparıb.

Source link