b80148ac-dc99-4c6a-bd1e-345585d2819f..jpg

Yunanıstanın baş naziri üzr istədi

Baxış sayı: 2. 563 dəfə baxılıb.

Yunanıstanın baş naziri üzr istədi

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis martın 5-də özünün “Facebook”
səhifəsində Larisa şəhəri yaxınlığında sərnişin qatarının qəzaya uğraması
nəticəsində həlak olanların yaxınlarından üzr istəyib.

O qeyd edib ki, 2023-cü ildə Yunanıstanda eyni relsdə iki qatarın bir-birinə
doğru hərəkət etdiyini və heç kimin buna fikir vermədiyini təsəvvür etmək
mümkün deyil.

“Biz insan səhvinin arxasında gizlənə bilmərik, bunu etməyəcəyik və
gizlənməməliyik. Qatarların hərəkətini uzaqdan idarəetmə sisteminin tətbiqi
üzrə işlər başa çatdırılsaydı, bu fəlakət demək olar ki, mümkünsüz olardı”, –
deyə Mitsotakis vurğulayıb.

O, rəqəmsal idarəetmə sisteminin yaxın bir neçə ay ərzində tam istifadəyə
veriləcəyini bildirib.

Baş nazir faciənin araşdırılacağına, günahkarların cəzalandırılacağına,
aidiyyəti nazir tərəfindən dəmir yollarında təhlükəsizliyin dərhal
yaxşılaşdırılması üçün tədbirlərin elan ediləcəyinə inandırıb.

Xatırladaq ki, martın 1-də Yunanıstanda dəmir yolu qəzası nəticəsində 57 nəfər
həlak olub. Elə həmin gün ölkənin nəqliyyat naziri Kostas Karamanlis istefa
verib.

Mənbə: TASS

Source link