Yurçeviçin növbəti sınağı: bu dəfə Litvaya qarşı

Baxış sayı: 2. 961 dəfə baxılıb.

Yurçeviçin növbəti sınağı: bu dəfə Litvaya qarşı

Futbol üzrə Azərbaycan milli komandası bu gün yeni baş məşqçi Nikola Yurçeviçin rəhbərliyi altında Litva ilə yoldaşlıq oyunu keçirəcək. 

ÇıxışYolu.Com xəbər verir ki, “Bakcell Arena”da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə 18:00-da başlayacaq. 

Bu, Litva ilə yığma komandamız arasındakı üçüncü oyun olacaq. Bundan əvvəlki iki qarşılaşmanın birində Azərbaycan, digərində Litva qalib gəlib. 

Qeyd edək ki, millimiz yeni baş məşqçinin rəhbərliyi altında ilk oyununu Xorvatiyaya qarşı keçirib və 1:2 hesabı ilə məğlub olub.