Zəfər Günü ölkə ərazisində ağacəkmə aksiyaları ilə qeyd olunub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
8 noyabr – Zəfər Günü ölkə ərazisində ağacəkmə aksiyaları ilə qeyd olunub.
Vətən müharibəsində qazanılmış şanlı Qələbənin üçüncü ildönümü münasibətilə
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivinin, Vətən müharibəsində
iştirak edən Nazirlik əməkdaşlarının iştirakı ilə ölkə ərazisində genişmiqyaslı
ağacəkmə aksiyaları təşkil olunub.
Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş
şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə aksiyalarda şəhidlərin xatirəsi
1 dəqiqəlik sükutla yad edilib.
Nazirlik əməkdaşlarının və hərbçilərin iştirakı ilə Müşfiqabad qəsəbəsində
keçirilən ağacəkmə aksiyasında Abşeron yarımadasının torpaq-iqlim şəraitinə
uyğun 3000-dən çox Eldar şamı və zeytun ağacı əkilib.
Zəfər bayramına töhfə vermək məqsədilə keçirilən ağacəkmə aksiyaları
bölgələrdə də davam edib və ölkə üzrə hər regionun relyef və iqlim şəraitinə
uyğun ümumilikdə 60 mindən artıq ağac əkilib.