81d347a4-a62a-477e-89b6-27f9f78dbed8..jpg

Zakir Həsənov Türkiyənin Hərbi Dənizçilik məktəbinin buraxılış mərasimində iştirak edib – FOTO

Baxış sayı: 815 dəfə baxılıb.

Zakir Həsənov Türkiyənin Hərbi Dənizçilik məktəbinin buraxılış mərasimində
iştirak edib – FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 31-də Türkiyə
Respublikasının Ali Hərbi Dənizçilik Məktəbinin və Ali Hərbi Təyyarəçilik
Məktəbinin məzunlarının buraxılış mərasimlərində iştirak edib.

Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Qeyd edilib ki, Türkiyənin Zəfər Bayramının 101-ci ildönümü münasibətilə
keçirilən silsilə tədbirlərdə iştirak etmək üçün general-polkovnik Zakir
Həsənovun qardaş ölkədə işgüzar səfəri davam edir.

Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hər iki buraxılış
mərasimində çıxış edərək məzunları təbrik edib.

Sonra məzunlara diplomlar təqdim olunub.

Hərbi məktəbləri müvəffəqiyyətlə bitirən azərbaycanlı məzunlara diplomları
general-polkovnik Z.Həsənov təqdim edib.

Source link