5e459e94-fdee-49f1-8355-8607733df9bb..jpg

Zlatan İbrahimoviç: “Azərbaycan millisi ilə oyun tam fərqli olacaq”

Baxış sayı: 1. 059 dəfə baxılıb.

Zlatan İbrahimoviç: “Azərbaycan millisi ilə oyun tam fərqli olacaq”

“Sabahkı qarşılaşma tam fərqli olacaq”.

Bunu İsveç millisinin futbolçusu Zlatan İbrahimoviç evdə Azərbaycana qarşı
keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunundan öncə deyib.

İtaliya “Milan”ında çıxış edən 42 yaşlı hücumçu bu görüşdə daha yaxşı mübarizə
aparacaqlarını bildirib: “Kifayət qədər qol şanslarımızın olacağını düşünürəm.
Şans hesabına belə olsa, qollar vurmaq lazımdır. Necə ki, Belçika seçməsi bunu
bizimlə oyunda etdi”.

Qeyd edək ki, martın 27-də Solna şəhərində keçiriləcək İsveç – Azərbaycan
oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Source link