73bacebd-c267-42bf-8e76-106e4de30f59..jpg

Zubir “Qarabağ”da yubiley oyununu keçirdi

Baxış sayı: 869 dəfə baxılıb.

Zubir “Qarabağ”da yubiley oyununu keçirdi

Abdullah Zubir “Qarabağ”da 200-cü oyununu keçirib.

Peşəkar Futbol Liqasının rəsmi saytının yaydığı məlumata görə, 32 yaşlı
fransalı yarımmüdafiəçinin yubileyi oyunu Premyer Liqanın XXVIII turuna təsadüf
edib.

“Şamaxı” ilə səfər matçına (1:0) start heyətdə çıxan legioner 90 dəqiqə
meydanda olub.

Zubir Ağdam klubunda keçirdiyi 200 oyunda 42 qol vurub. O, Premyer Liqada 118
(31 qol), kubokda 16 (1 qol), avrokuboklarda 66 (10 qol) görüşdə şans qazanıb.

Yarımmüdafiəçi 2018/19 mövsümündən “Qarabağ”da çıxış edir. Onun debütü 2018-ci
il iyulun 11-də “Olimpiya” ilə Çempionlar Liqasının Sloveniyadakı görüşündə
(1:0) gerçəkləşib.

Source link