Əli Əhmədov: İlham Əliyev inamlı qələbə qazanıb

Əli Əhmədov: İlham Əliyev inamlı qələbə qazanıb

Baxış sayı: 2. 392 dəfə baxılıb.

11 aprel prezident seçkilərinin yekunları ilə bağlı Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında mətbuat konfransı keçirilir.

ÇıxışYolu.Com-ın xəbərinə görə, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini və icra katibi, hakim partiyadan prezidentliyə namizəd olan İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov prezident seçkilərinin baş tutduğunu bildirib:

“MSK-dan verilən məlumata görə, səsvermədə 3,9 milyondan çox seçici iştirak edib. “Exit-poll”ların nəticəsinə görə, İlham Əliyev 80 faizdən yuxarı səs toplayıb. Bu, ondan xəbər verir ki, YAP sədri prezident seçkilərində inamlı qələbə qazanıb.

Hesab edirik ki, Mərkəzi Seçki Komissiyası da yaxın vaxtlarda nəticələri elan edəcək. Azərbaycan xalqı doğru seçib edərək İlham Əliyevi prezident seçib”.

Ə.Əhmədov bildirib ki, növbəti 7 il Azərbaycanda yeni inkişafın mərhələsi olacaq. 

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com