cd08365e-2833-4908-9a4c-8eca6a3a5c24..jpg

Uill Smit “Oskar” mükafatlandırmasında iştiraka qoyulan onillik qadağaya reaksiya verdi – FOTO/VİDEO

Baxış sayı: 46. 742 dəfə baxılıb.

Uill Smit “Oskar” mükafatlandırmasında iştiraka qoyulan onillik qadağaya
reaksiya verdi – FOTO/VİDEO

Amerikalı aktyor Uill Smit ABŞ Kino Sənətləri və Elmləri Akademiyasının ona 10
il ərzində tədbirlərə, o cümlədən “Oskar” mükafatlarının təqdimat mərasiminə
qatılmağaqadağa qoymasına cavab verib.

“Akademiyanın qərarını qəbul edir və hörmətlə yanaşıram”, – deyə aktyor
bildirib.

Xatırladaq ki, martın 27-dən 28-nə keçən gecə “Oskar” mükafatlarının təqdimat
mərasimində aktyor Uill Smit “Ən yaxşı kişi rolu” mükafatını qazansa da,
gecənin əsas hadisələrindən biri aktyorun mükafatlandırılması deyil,
qala-tədbirin aparıcısı Kris Roku təhqir etməsi və ona şilləvurması oldu
. Uil Smit komediyaçının onun həyat yoldaşının
saçları ilə bağlı zarafatına (Cada Pinkett-Smit xəstəliklə əlaqədar saçlarını
itirib) belə reaksiya vermişdi.

Bundan sonra Kino Sənətləri və Elmləri Akademiyası Smitə “Oskar” da daxil
olmaqla 10 il ərzində öz tədbirlərində iştiraka qadağa qoydu.

“94-cü “Oskar” Mükafatları 2021-ci ildə inanılmaz iş görən çoxsaylı insanların
bayramı olmalı idi. Lakin həmin anlar cənab Smitin səhnədə nümayiş etdirdiyi
yersiz və zərərli davranışla yadda qaldı”, – deyə akademiyanın qərarında
deyilir.

Mənbə: Page Six


Source link