Əməkdar artist qızı ilə canlı yayımda barışdı – FOTO + VİDEO

Əməkdar artist qızı ilə canlı yayımda barışdı – FOTO + VİDEO

Baxış sayı: 3. 289 dəfə baxılıb.

Əməkdar artist Mehriban Xanlarova Zaur Baxşəliyevin “Bizimləsən” proqramında qonaq olub.

ÇıxışYolu.Com xəbər verir ki, bir müddətdir qızı Aysellə küsülü olan Xanlarova veriliş zamanı barışıb.

Belə ki, sənətçinin qızı canlı yayıma telefonla bağlanaraq anasından üzr istəyib. Qızının səsini eşidən Mehriban isə verilişi tərk etmək istəsə də, Zaur aktrisaya mane olub.

Xanlarovanın ağlamağını görən qızı isə anasından inciməsinin səbəbini açıqlayıb:

“Onun göz yaşlarına qurban olaram. Mənə həm ata, həm də ana olub. Anam məndən küsməkdə haqlıdır. Mən də qızımın yanmağını məndən gizlətdi deyə ondan incimişdim”.

Qeyd edək ki, M.Xanlarovanın nəvəsi yandığına görə bir müddət xəstəxana şəraitində müalicə almışdı.

.
www.ÇıxışYolu.Com