Ərəb nazirdən neftlə bağlı mühüm açıqlama

Ərəb nazirdən neftlə bağlı mühüm açıqlama

Baxış sayı: 2. 522 dəfə baxılıb.

Neft istehsalının məhdudlaşdırılması ilə bağlı sazişə qatılan OPEC+ ölkələri 2018-ci ilin sonuna qədər balansın bərpasını gözləyirlər. 

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinə Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Suheil Əl-Mazrui deyib. 

O bildirib ki, bu il neft bazarının yenidən balanslaşdırılması ilə bağlı gözləntilər optimistdir. 
Nazir neftə olan tələbatın artmasını gözləyir.

Nəzərə çatdıraq ki, 2017-ci ilin nəticələrinə görə, hasilatın azaldılması ilə bağlı razılaşmanın yerinə yetirilməsi səviyyəsi 107%, cari ilin yanvarında isə 133% olub. 

Qeyd edək ki, Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih isə deyib ki, hazırda bazarın hansı istiqamətdə irəliləməsi ilə bağlı təhlillər aparılır. Ola bilər ki, hasilatın azaldılması şərtləri yumşaldılsın:

“Hesablamalarımıza görə, bu, 2019-cu ildə baş verəcək”.

.
www.ÇıxışYolu.Com