Ərdoğan: Azərbaycanın kədərini ürəyimizin ən dərinliyində hiss edirik

Ərdoğan: Azərbaycanın kədərini ürəyimizin ən dərinliyində hiss edirik

Baxış sayı: 3. 376 dəfə baxılıb.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

ÇıxışYolu.Com-ın məlumatına görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident, Əziz qardaşım.

Bakıda müalicə mərkəzində baş verən yanğın nəticəsində 25 vətəndaşınızın həlak olması və çox sayda insanın xəsarət alması xəbərini böyük kədər hissi ilə qarşıladım.
Qardaş Azərbaycanın kədərini ürəyimizin ən dərinliyində hiss edirik. Həlak olanlara xalqımın adından Allahdan rəhmət diləyir, qardaş Azərbaycan xalqına başsağlığı verir, xəsarət alanların tezliklə sağalmalarını arzu edirəm.

Cənab Prezident, fürsətdən istifadə edərək Zati-alinizə cansağlığı və qardaş Azərbaycan xalqının rifahı üçün ən xoş arzularımı çatdırıram”.

www.ÇıxışYolu.Com