Ərdoğan Tel-Rifat-ın terrorçulardan təmizlənəcəyini bəyan edib

Ərdoğan Tel-Rifat-ın terrorçulardan təmizlənəcəyini bəyan edib

Baxış sayı: 4. 258 dəfə baxılıb.

Yaxın günlərdə Zeytun budağı antiterror əməliyyatı çərçivəsiтвə Suriyanın Tel-Rifat rayonu üzrə də nəzarət təmin ediləcək.

ÇıxışYolu.Com-ın NTV telekanalına istinadən məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Trabzona səfəri zamanı bəyan edib.

Ərdoğan həmçinin ABŞ-ı PKK və YPG terrorçularını Suriyanın Münbiç rayonundan tezliklə çıxarmağa çağırıb.

“Türkiyə suriyalı qardaşlarla birgə Münbiçdə ən qısa zamanda infrastrukturu bərpa edəcək və qaçqınların evlərinə qayıtmasını təmin edəcək”, – Ərdoğan bəyan edib.

Ərdoğan həmçinin xəbərdarlıq edib ki, əgər terrorçular Suriyanın bu rayonunu tərk etməsələr, Türkiyə ordusu məsələyə müdaxilə etməli olacaq.

www.ÇıxışYolu.Com