Prezidentin verdiyi sonuncu fərman mədəniyyət sahəsində islahatların daha dərindən aparılmasına xidmət edəcək.
ÇıxışYolu.Com xəbər verir ki, bu sözləri mədəniyyət naziri Əbülfəs Qarayev deyib.
O bildirib ki, ölkə başçısının verdiyi fərman mədəniyyət və turizm sahəsinin inkişafına xidmət edəcək:
“Mədəniyyət sahəsində bütün işləri sistemli şəkildə görmək istəyirik. Bu sahədə son illər islahatlar davam edir. Bunun bünövrəsində ölkə başçısı bu sistemin yeni formatda olmasını istəyir. Prezidentin verdiyi sonuncu fərman mədəniyyət sahəsində islahatların daha dərindən aparılmasına xidmət edəcək.
Aparılacaq islahatların məqsədi insanların işdən çıxarılması, iş yerlərinin azaldılması deyil. Kim bu düşüncədədirsə, o, yanlış fikirdədir. Sərəncamın yerimə yetirilməsi üçün aidiyyəti üzrə qurumlara müəyyən zaman ayrılıb və ümid edirəm ki, işlər zamanında yerinə yetiriləcək”.
Ə.Qarayev onu da əlavə edib ki, bu sahədə islahatlar bundan sonra da davam etdiriləcək.
Könül Cəfərli