Əcnəbilərin Azərbaycanda bank kartları ilə xərclədikləri pul açıqlandı

Əcnəbilərin Azərbaycanda bank kartları ilə xərclədikləri pul açıqlandı

Baxış sayı: 1. 927 dəfə baxılıb.

Cari ilin dörd ayında Azərbaycana dünyanın 182 ölkəsindən 847,6 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

ÇıxışYolu.Com İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin may ayı üçün hesabatına istinadən xəbər verir ki, göstərilən dövrdə ölkəyə gələn xarici vətəndaşların sayına paralel olaraq onların bank kartları vasitəsilə xərcləmələrində də artım müşahidə edilib.

Belə ki, cari ilin aprel ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatlar 109,7 milyon manat təşkil edib və ötən ilin aprel ayı ilə müqayisədə 36% artıb.

.
www.ÇıxışYolu.Com